AZ

Tramp bu dəfə onları hədəf aldı: “qanunsuz və korrupsioner”

ABŞ prezidenti Donald Tramp ABŞ Ədliyyə Departamentindəki çıxışında “İnanıram ki, mənim haqqımda sözün əsl mənasında 97,6 faiz bəd xəbəri olan CNN və MSNBC Demokratik Partiyanın siyasi qollarıdır”-deyə, bildirdi.

Turkustan.az xəbər verir ki, Tramp bu media orqanlarının “korrupsioner” və “qeyri-qanuni” olduğunu düşündüyünü və siyasi nəticələrdən asılı olmayaraq medianın mənfi işıqlandırılmasının davam etdiyini bildirib.

"Mənim nə qədər böyük qələbə qazanmağımın əhəmiyyəti yoxdur" deyən Tramp, "Mən tarixin ən böyük qələbəsini qazana bilərəm. Qarşı tərəfin hansı uğursuzluğa düçar olmasının əhəmiyyəti yoxdur" deyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
turkustan.az

1Mənbələr