Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli sexin yanar konstruksiyaları, içərisində olan 5 ədəd dəzgah və 180 ədəd plastikdən ibarət boru yanıb.
KONKRET.az xəbər verir ki, digər borular yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.