AZ

Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək

Bakı, 15 mart, AZƏRTAC

Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Komissiyanın artıq 9 iclası baş tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

“Demək olar ki, sənədlərini təqdim etmiş əksər mütəxəssislərlə görüşlər keçirilib.

Onların sənədləri təftiş olunub. Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq və Səhiyyə Nazirliyi bu təhqiqatlarla əlaqədar rəsmi açıqlama verəcək”, - deyə T.Musayev əlavə edib.

Nazir xatırladıb ki, ötən il dekabrın 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Akademiyasının açılışı olub. “Azərbaycan həmin akademiyanın onlayn istifadəsini tətbiq etmək istəyir. Bu barədə ÜST ilə razılığa gəlinib. Onlayn akademiyada əsasən iqlim dəyişikliyinin qlobal səhiyyəyə təsirləri öyrəniləcək”, - deyə Teymur Musayev əlavə edib.

Seçilən
20
2
azertag.az

3Mənbələr