Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Kəpəz” Tovuzda lider “Qarabağ”ı qəbul edəcək. Günün digər oyunu isə “Sabah”la “Zirə” arasında keçiriləcək.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la “Şamaxı”nın görüşü heç-heçə bitib – 1:1. “Səbail” – “Neftçi” və “Turan Tovuz” – “Sumqayıt” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
27-ci tur
15 mart
“Kəpəz” – “Qarabağ" 0:0 (1-ci hissə)
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 17:00.
“Kəpəz”: 1. Rojerio Santos 2. İlkin Qırtımov (k) 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 5. Rauf Hüseynli 26. Valdemar Almeyda 9. Luis Paçu 29. Dioqo Verdaska 28. Rati Ardazişvili 3. Mahamadu Ba 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 99. Əli Səmədov 70. Nicat Süleymanov 8. Elmir Tağıyev 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 19. Sadiq Şəfiyev 78. Yeqor Xvalko 11. Trent Buhagiar 10. Karim Lkoça
Baş məşqçi: Azər Bağırov
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev (k) 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 90. Nəriman Axundzadə 81. Kevin Medina 66. Patrik Andrade 9. Kadi Borqes 2. Mateus Silva 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 29. Marko Veşoviç 10. Abdullah Zubir 7. Yassin Benzia 19. Redon Cica 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
“Bank Respublika Arena”, 19:30.