Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonununSabirkənd kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Görüşdə Aza, Azadkənd, Darkənd və Qoşadizə kəndlərindən olanseçicilər də iştirak ediblər.
Trend xəbər verir ki, deputatgörüşlərdə seçicilərin müraciətlərini dinləyib, onlarımaraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Milli Məclisin deputatı, həmçinin Sabirkənddən olan şəhidlərRəfiyev Əmin Həsən oğlunun və Hüseynov Ülvü Möhsün oglunun,Darkəndən olan şəhid Məmmədəliyev Saday Rza oğlunun, Azad kəndindənolan şəhid Xəlilli Namiq Həsən oğlunun ailələrini evlərində ziyarətedib. Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, dövlətimiz vəxalqımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalanVətən övladlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütünşəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim ucatutur.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlhamƏliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevayaminnətdarlıqlarını ifadə ediblər.
Millət vəkili, həmçinin Azadkəndin ən yaşlı sakini 92 yaşlıSəlimov İsmayıl Qəzənfər oğlunu da evində ziyarət edib.