AZ

Ev almaq istəyənlərə mühüm xəbər: Bu tarixdən etibarən...

Son aylar daşınmaz əmlak bazarında bahalaşma müşahidə olunur. Əsasən evlərin qiymətində artımın getdiyi bildirilir. Deyilənə görə, artım tendensiyası aybaay davam edir. Bunun izahını isə kimsə əsaslı şəkildə verə bilmir.

Bəzi ekspertlərin fikrinə görə, bazarda tələb olduğu üçün qiymət kəskin artır.

Bu, ciddi sosial problemə çevrilir. Mövzu Milli Məclisin plenar iclasında da müzakirə edilir. ƏHD Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyevin baş nazir Əli Əsədova dediyi sözlər diqqət çəkib. Belə ki, deputat baş nazirə mənzillərin baha qiymətə satıldığını bildirib.

Sitat: “Bir neçə il öncə pilot layihələr kimi icra hakimiyyəti başçılarına tikintiyə icazə səlahiyyətləri veriləndə Nəsimi, Nərimanov kimi rayonlarda evlərin 1 kvadratmetrinin qiyməti 1000 manat idi. İndi həmin ərazilərdə qiymət ən azı 2500-3000 manatdır”, – millət vəkili qeyd edib.

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, əslində, bir müddət öncəyə qədər bazarda qiymətlər stabil olub.

ramilll

Ramil Osmanlı

Onun sözlərinə görə, son dönəmlərdə qiymət artımı müşahidə olunur:

“Xüsusilə də ipoteka kreditlərinin verilməsinə başlanıldıqdan sonra bahalaşma nəzərə çarpır. Bu isə daha çox ucuz seqmentdə müşahidə olunur. Yuxarı seqmentdə dəyəri təqribən 300 min manatdan artıq olan mənzillərin qiymətində artım müşahidə olunmur. Dəyəri 200-250 minə qədər olan əmlakların qiymətində artım çoxdur. Bu da onların ipotekaya yararlı, əlçatan olması ilə bağlıdır”.

R.Osmanlının fikrincə, ipoteka prosesinin başlanması nəticəsində müəyyən artım müşahidə olunub:

“Artıq qiymətlər stabilləşməyə doğru gedir. Müşahidələr onu göstərir ki, bu, qısamüddətli dövrü əhatə edən artım oldu. Daha çox isə psixoloji faktorlarla bağlı idi. Bahalaşma müraciətlərin sayının artmasından qaynaqlanırdı. İndi qiymətlər tədricən stabilləşir”.

Seçilən
4
5
demokrat.az

6Mənbələr