Bakı. Trend:
Martın 15-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində BakıŞəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyininbirgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazilərindəümumçəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, səhərsaatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunaltəsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçəvə prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eynizamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyatakeçirilib.
Bildirlir ki, Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səsverən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdisahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icraqurumlarının əməkdaşları ilə birlikdə iməclikdə yaxından iştirakediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinindaha da gözəlləşdirilməsinə, əziz Novruz Bayramını təmiz şəhərdə,xoş əhval-ruhiyyə ilə qarşılanmasına böyük töhfədir.