ABŞ prezidenti Donald Trampın sabah yayımlanacaq “Full Measure” televiziya proqramına verdiyi müsahibənin treyleri paylaşılıb.
Publika.az xəbər verir ki, anonsda Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirəcəyinə dair vədi barədə suala cavabı yer alıb.
"Bunu istehza mənasında demişdim. Demək istədiyim o idi ki, bunu bitirmək istəyirəm və uğur qazanacağımı düşünürəm", - deyə Tramp bildirib.
Rusiyanın atəşkəsi qəbul etməyəcəyi ehtimalı ilə bağlı Tramp bunun “pis xəbər” olduğunu qeyd edib: "Ancaq düşünürəm ki, Putin bunu qəbul edəcək. Mən onu yaxşı tanıyıram və o, bunu qəbul edəcək".