AZ

İsrail Qəzzada jurnalistlərə hücum etdi: 9 nəfər öldü

Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusu pilotsuz uçuş aparatı (PUA) ilə Beyt Lahiyaya hücum edib.

Turkustan.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi hücumda 9 fələstinlinin həyatını itirdiyini, çoxunun yaralanaraq İndoneziya Xəstəxanasına aparıldığını açıqlayıb.

Fələstin Jurnalistləri Müdafiə Mərkəzi (PJPC) tərəfindən edilən açıqlamada, evləri dağıdılan fələstinlilərə çadır paylayan yardım işçiləri və jurnalistlərin pilotsuz təyyarə hücumunda hədəf alındığı bildirilib.

Açıqlamada hücumda həyatını itirənlərdən üçünün humanitar yardım prosesini izləyən jurnalistlər olduğu deyilib.

Bəyanatda jurnalistlərin hədəf alınmasının İsrailin Qəzzada baş verənlərlə bağlı məlumatların qarşısını almaq cəhdi olduğu və müharibə cinayəti olduğu vurğulanıb və beynəlxalq ictimaiyyəti hücumu pisləməyə və araşdırmaya çağırılıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
turkustan.az

1Mənbələr