Oyunu ilk 10 dəqiqədə uduzduq.
SİA xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının XVIII turunda səfərdə “Gəncə”yə 74:84 hesabı ilə məğlub olan “Ordu” komandasının baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib: “Birinci periodda zəif təsir bağışladıq. Sonrakı hissələrdə, xüsusilə böyük fasilədən sonra rəqibə ciddi müqavimət göstərdik. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq”.