AZ

Durov Fransanı tərk etdi

Telegram-ın yaradıcısı Durova Fransanı tərk etməyə icazə verilib.

KONKRET.az xəbər verir ki, Durov 2024-cü ilin avqustundan Fransadadır.

Məlumata görə, Telegram messencerinin təsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransa ərazisini tərk edib.

Xatırladaq ki, Durovun həbsindən sonra Fransa mediası Telegram-ın Fransadakı müstəntiqlərin sorğularına cavab verməyə başladığını yazıb.

Daha sonra messencerin administrasiyasının indi digər ölkələrdən gələn sorğulara cavab verməsi barədə məlumatlar ortaya çıxıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
8
konkret.az

1Mənbələr