Mingəçevirdə məktəbin həyətində məskunlaşan sahibsiz itlər şagirdləri narahat edir.
"Unikal"ın məlumatına görə, belə hal Mingəçevir şəhər 17 saylı orta məktəbin həyətyanı sahəsində və ona bitişik küçələrdə yaşanır.
Belə ki, ötən gün dərsdən çıxan adıçəkilən məktəbin 3-cü sinif şagirdi A.Qasımova sahibsiz itlərin hücumundan ətrafdakıların köməyilə qurtulub. Bu hadisə həyəcan və təşvişdən ürəyi gedən azyaşlının ailəsində ikinci dəfədir yaşanır. Bir ay əvvəl birinci sinifdə oxuyan qardaşı A.Qasımov da itlərin anoloji hücuma məruz qalıb. Ərazidə yaşayan sakinlər, digər şagird və valideynlər də gündəlik bu kimi hadisələrin həyəcanı içində olduqlarını deyirlər.
Onlar bildirir ki, məktəbin ərazisində məskunlaşan sahibsiz itlər nəinki dərsə gedən uşaqlara, hətta özlərinə hücum edirlər. Dəfələrlə yaralananlar olub. Valideyin və uşaqlar aidiyyəti qurumlardan ərazidəki sahibsiz itlərin götürülməsini istəyir.
Ehtiram Muradov