Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlarla sülh danışıqlarında iştirak etmək üçün qrupun tərkibini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, Fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.
Nümayəndə heyətinin rəhbəri Prezident Aparatının rəhbəri Andrey Yermak təyin edilib. Nümayəndə heyətinə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov və Prezident Aparatının rəhbərinin müavini Pavel Palisa da daxildir.