Azərbaycanın taekvondo üzrə beynəlxalq dərəcəli referiləri Rza Məcidov və Seymur Məmmədov gənclər arasında keçirilən Qazaxıstan açıq çempionatında ölkəmizi hakim kimi təmsil ediblər.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Seymur Məmmədov kişilər arasında yarışın ən yaxşı hakimi adına layiq görülüb.
Hər iki ədalət təmsilçisinə turnirin Təşkilat Komitəsi tərəfindən iştirakçı sertifikatı da təqdim olunub.