AZ

Frenki de Yonq: “Heç də ən yaxşı formamda deyiləm, amma…”

“Barselona”nın niderlandlı mərkəz yarımmüdafiəçisi Frenki de Yonq topuğundan aldığı ağır zədəsindən qayıdışı ilə bağlı danışıb.

Arena.az məlumat verir ki, niderlandlı futbolçu bəzi xüsuslara da toxunub.

De Yonqun Niderlandın “Ziggo Sport” telekanılının rəsmi saytında yerləşdirilmiş videomüsahibəsindən məqmları təqdim edirik:

– Mən oyunlarda daha öz topuğum haqda düşünmürəm. Uzun müddətdən sonra zədədən bərpa olmağımla, mən hələ də rahatsızlıq hiss edirdim və bəzi xüsusları əvvəllər olduğu kimi yaxşı icra edə bilmirdim. Mən, bunun müəyyən müddət alacağını bilirdim, ancaq bu, azacıq pərişan edirdi, çünki tez bərpa olmaq və oyuna da mümkün olduğu qədər tez qayıtmaq istəyirsən.

– Siz əvvəlki səviyyənizə qayıtmısınız?
– Mən, bunun ən yaxşı səviyyə olduğunu demək istəməzdim. Amma mən özümü yaxşı hiss edirəm. Düşünürəm ki, mən indi yaxşı formadayam, siz də bunu görürsünüz.

– Müqavilənizlə bağlı şayiələr sizi narahat edirmi?
– Mən bəzən xəbərlər görürəm. Qəzetləri oxumuram, amma sosial şəbəkələrdə nə dərc edildiyinə baxıram. Amma mən çoxdandır ki buradayam, odur ki, buna adətkaram. Bəzən bu, narahat edə bilər. Nə vaxtsa insanlar məlumat uydurmağa başladılar, onda isə mənə fikrimi ifadə etmək gərək oldu. Amma müəyyən müddət sonra hər şey səngidi.

Əlavə edək ki, aldığı ağır zədə səbəbilə Frenki de Yonq ötən il Almaniyada keçirilmiş Avropa çempionatından (AÇ-2024) kənarda qalmışdı.

Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyul ayında “Barselona” 86 milyon avro məbləğ müqabilində Frenki de Yonqu “blauqrana”nın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Frenki De Yonq cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 242 oyun, 19 qol, 22 məhsuldar ötürmə.

Frenki de Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 55 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
5
arena.az

1Mənbələr