Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında növbəti çıxışlarını edib.
“Qafqazinfo” xəbər verir ki, BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən A.Abbasov Fransanın müstəmləkəçilik altındakı ərazilərində, xüsusilə də Reyunyon, Kanaki, Qvadelupa, Martinik, Fransız Polineziyası, Korsika, Mayot və Fransız Qvianasında yaşayan uşaqlara qarşı zorakılıq və hüquq pozuntularına diqqət çəkib.
BTQ-nin rəhbəri BMT-nin Uşaq Fondunun 2020-ci və 2023-cü illərdə mövzu ilə bağlı yaydığı hesabatlarında öz əksini tapmış statistik məlumatları tədbir iştirakçılarına təqdim edib.
Bu xüsusda, o, BMT-nin Uşaq Hüquqlarının qorunmasına dair Konvensiyasını və Palermo Protokolunun icra edilməsinin əhəmiyyətini vurğulayıb.