Xüsusi nümayəndənin səfəri haqqında heç bir rəsmi açıqlama yoxdur. İsrailin “The Jerusalem Post” qəzetiyazır ki,UitkofAzərbaycan-ABŞ-İsrail üçtərəfli münasibətlərini müzakirə etmək üçün Bakıya gəlib. Söhbət nədən gedir?
Martın 5-də İsrailin baş naziriBinyamin Netanyahununofisibildirmişdi ki,İsrail Azərbaycanın da daxil olduğu üçtərəfli əməkdaşlıq formatı yaratmaq üçün ABŞ ilə danışıqlar aparır.“Azərbaycan İsrailin Qafqaz regionundakı vacib tərədaşıdır. Ölkələrin münasibətləri təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarını əhatə edir”,- məlumatda deyilirdi.
Bundan bir neçə gün sonra milli missiyalar naziriOrit Strok isə hökumətin qarşısındakı çıxışında Azərbaycan-İsrail əlaqələrini “qarşılıqlı maraqlara və uzunmüddətli dostluğa əsaslanan unikal münasibət” adlandırmışdı. Xanım Strokun sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə münasibətləri möhkəmləndirməkdə davam edəcək və buna mane olmaq istəyənlərlə qəti şəkildə mübarizə aparacaq.
Bundan sonra İsraili və yəhudi diasporunu təmsil edən onlarla məşhur ravvin ABŞ prezidenti Donald Trampa məktub yazaraqAzərbaycanı “İbrahim sazişi”nə daxil etməyə çağırdılar. Onlardan biri - Birləşmiş Ərəb Əmirliklərinin baş ravviniƏli Abadi Trampın kürəkəni Cared Kuşnerə yaxınlığı ilə tanınır. O, həmçinin, “İbrahim sazişi”nin müəlliflərindən biridir. Bu məktub mediada diplomatik dairələrdə böyük rezonans doğurmuşdu.
“İbrahim sazişi” - Trampın birinci hakimiyyəti dövründə - 2020-ci ilin avqust-sentyabr aylarında ABŞ-nin birbaşa vasitəçiliyi ilə İsraillə 4 müsəlman ölkəsinin (Bəhreyn, BƏƏ, Mərakeş, Sudan) arasında imzalanmış ikitərəfli sənədlərdir. Bu sənədlərlə həmin ölkələr İsrailin müstəqilliyini tanıyaraq, onunla diplomatik əlaqələr qurmağa başladılar. Sazişin həm ərəblərin, həm də yəhudilərin müqəddəs saydığı İbrahim peyğəmbərin (Avraam) şərəfinə adlandırılması iki xalqın yaxınlığını vurğulamaq məqsədi daşıyırdı.
Azərbaycan diplomat-ravvinlərin təşəbbüsü ilə bağlı hələ ki heç bir mövqe bidirməyib. Rəsmi Bakının belə ehtiyatlı davranmasını başa düşmək olar. Çünki hazırda İsraillə olan dostluğu rəsmiləşdirmək bir müsəlman ölkəsindən xüsusi cəsarət tələb edir. Görünür, İsrailin rəsmiləri və din xadimləri də Azərbaycanı məhz cəsarətli ölkə kimi tanıdıqları üçün açıq şəkildə belə təkliflər səsləndirirlər.
Məsələnin iqtisadi tərəfi də var: Martın 17-dəSOCAR-ın nümayəndə heyətiİsrailə səfər edəcək.Məqsəd bu ölkənin “Tamar” qaz yatağında 10% paya sahib olmaq, eyni zamanda İsrailin sahil zolağında iki böyük enerji layihəsi həyata keçirməkhaqqında sənədləri imzalamaqdır. Layihədə bp-nin də iştirak edəcəyi gözlənilir.
Bütün bunlardan sonra cənab Uitkofun Bakıya səfərində məqsədlərdən birinin həqiqətən də İsrail-Azərbaycan-ABŞ üçtərəfli münasibətlərini müzakirə etmək olduğu istisna deyil. Mİllİyyətcə yəhudi olan Uitkof Trampın həm yaxın dostu, həm də Yaxın Şərq ölkələri üzrə ən etibarlı elçisidir. Əslində Moskva onun ənənəvi marşrutundan xeyli kənarda yerləşən ünvandır.O, bir qayda olaraq İsrail və ərəb ölkələrilə münasibətlər üzrə “ixtisaslaşıb”. Ona görə, Bakıya da bu istiqamətdə danışmaq üçün gəldiyini düşünmək məntiqli olardı.
Diqqəti çəkən həm də bu hadisələrin ABŞ-İran münasibətlərinin yenidən gərginləşməyə başlaması fonunda baş verməsidir. Tramp adminstrasiyası İranla bağlı siyasətini hələ tam müəyyən etməyib. Amma başa düşmək çətin deyil ki, Ağ Evin yeni sahibi Tehranla danışıqlarda hansı tonu seçəcək. İsrail hakimiyyəti ABŞ-nin yeni adminstrasiyasından maksimum sərt kurs gözlədiyini gizlətmir və İrana qarşı istənilən planda baş rolu oynamağa hazır olduğunu bəyan edir. Bu fonda təbii, Azərbaycan cənab Netanyahunun təklif etdiyi üçlü formata ehtyatlı yanaşacaq.
Martın 12-də Azərbaycanın xarici işlər naziriCeyhun Bayramovuniranlı həmkarıAbbas Ərağçiilə telefon danışığı bu mənada ayrıca maraq doğurur. İstisna deyil ki, tərəflərrəsmi açıqlamadagöstərilən məsələlərdən savayı, haqqında danışdığımız məqamları da müzakirə ediblər. Hazırda Azərbaycan birbaşa danşmağı bacarmayan İran ilə ABŞ arasında vasitəçi rolunu da çox yaxşı yerinə yetirə bilər.
Vüsal Məmmədov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta