AZ

Bakıda motosikleti insanların üzərinə sürən şəxs

Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə martın 12-si saat 21 radələrində Xətai rayonu ərazisində baş verib.

 

Motosikletlə ictimai yerdə davranış qaydalarını pozaraq nəqliyyat vasitəsini insanların üzərinə sürən, həmçinin ətrafa güclü səs yayan şəxs polis tərəfindən saxlanılıb.

 

Onun Masallı rayon sakini, 1981-ci il təvəllüdlü S.Həsənov (şərti) olması müəyyən edilib. Eyni zamanda saxlanılan şəxsin,  ekspert rəyi ilə orta dərəcəli sərxoş vəziyyətdə olması da məlum olub.

 

Barəsində inzibati protokol tərtib edilən S.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs verilib.

 

Seçilən
2
19
senzor.az

10Mənbələr