Misli Premyer Liqasında 27-ci turun oyunları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, günün ilk oyununda lider “Qarabağ” Tovuzda “Kəpəz”in qonağı olub. Matç qolsuz heç-heçə ilə bitib.
Beləliklə, 64 xalla Ağdam klubu turnir cədvəlinin vahid lideridir. “Kəpəz” isə 23 xalla doqquzuncudur.
Günün ikinci matçında isə “Sabah” “Zirə”ni qəbul edəcək.