AZ

"Deha"nın çəkilişində bədbəxt hadisə: Aras Bulut təcili əməliyyata götürüldü - FOTO

Türkiyəli məşhur aktyor Aras Bulut İynemlinin ayağı sınıb.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bədbəxt hadisə “Deha” serialının çəkilişi zamanı baş verib.

Belə ki, ekran işində təhlükəli səhnələrin çəkilişi zamanı aktyorun ayağı topuq nahiyəsindən sınıb.

Əməliyyatı uğurla başa çatan aktyorun hazırda evdə dincəldiyi bildirilir.

Onun qısa müddətdə çəkiliş meydançasına qayıdacağı açıqlanıb.

Qeyd edək ki, A.B.İynemli serialda Devran Karan obrazını cablandırır.

Billurə

Seçilən
12
1
olke.az

2Mənbələr