AZ

Qızılca meşəbəyliyində yanğın oldu

Gədəbəy rayonu, Qızılca meşəbəyliyində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 0.1 ha sahədə əsasən xəzəl yanıb, meşə yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.

Seçilən
13
26
metbuat.az

7Mənbələr