Rusiyanın hərbi-dəniz potensialını sürətlə artırması ABŞ Hərbi Dəniz Qüvvələri üçün ciddi problem yaradır.
Axar.az xəbər verir ki, bu barədə “19FortyFive” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiyanın müasir sualtı vasitələr əleyhinə sistemləri və "Zirkon" hipersəsli raketləri mövcud ABŞ müdafiə sistemi üçün təhlükə yaradır. Rusiyanın yeni inkişafları ABŞ-ın dənizdəki əvvəlki hökmranlığını pozur.
Məqalə müəllifləri, xüsusilə, P-800 “Oniks” (SS-N-26 Strobile) səsdən sürətli qanadlı raketini vurğulayırlar. Bu raket 600 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir. O, gəmilərdən, sualtı qayıqlardan və sahil qurğularından buraxıla bilir və müasir hava hücumundan müdafiə sistemlərini dəf etmək üçün nəzərdə tutulub. “Oniks” həm adi, həm də nüvə döyüş başlıqları daşıya bilir.