AZ

"Sumqayıt"ın müdafiəçisi "Turan Tovuz"la matç barədə: "Hər oyuna qələbə üçün çıxırıq"

"Sumqayıt"ın müdafiəçisi Sərtan Taşkın Sportal.az saytına açıqlama verib.

O, son turda evdə "Kəpəz" üzərindəki qələbəni şərh edib:

"Bilirdik ki, gərgin oyun olacaq. Həm onlar, həm də bizim üçün vacib görüş idi. Sevindirici haldır ki, 3 xalı biz qazandıq. Ümumilikdə meydanda istədiklərimiz alınırdı. Şükür Allaha qələbə qazanmağı bacardıq. Neçə oyun idi ki, alınmırdı, istədiklərimizi edə bilmirdik. Amma yenə də yaxşı hazırlaşırdıq. "Kəpəz"lə oyundan əvvəl özümüzü psixoloji olaraq hazırlamışdıq ki, 100 faiz bu oyunda qalib gəlməliyik. Bunu da etməyi bacardıq".

"Kimyaçılar"ın üzvü Misli Premyer Liqasının 27-ci turunda qarşılaşacaqları "Turan Tovuz"la görüşdən gözləntilərini də açıqlayıb. Onun fikrincə, komandası Tovuzda uğurlu nəticə qazana bilər:

"Çalışacağıq ki, bu nəticənin davamını gətirək. "Kəpəz"lə görüş geridə qalıb. "Turan Tovuz"la oyuna hazırlaşmışıq. Biz hər oyuna qələbə üçün çıxırıq. İstədiyimiz nəticəni əldə etmək niyyətindəyik. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

Qeyd edək ki, "Sumqayıt" - "Turan Tovuz" matçı martın 16-da keçiriləcək və oyuna 18:30-da start veriləcək.

saytlarin hazirlanmasi

Seçilən
30
sportal.az

1Mənbələr