Ukrayna Prezidenti Volodimir Zelenski NATO üzvü olan ölkələrin hərbçilərinin ölkəyə gətirilməsini tələb edib.
Publika.az xəbər verir ki, bu barədə müvafiq bəyanat onun "Telegram" kanalında yer alıb.
O vurğulayıb ki, ABŞ-ın dəstəklədiyi Avropa sülhməramlı kontingenti Ukraynada olmalıdır.
"Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır", - Zelenski qeyd edib.