AZ

Səhiyyə naziri plastik cərrahlardan DANIŞDI – Aprelin əvvəlində bilinəcək

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.

Editor.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, plastik cərrahların sənədləri ilə bağlı nəticələr ictimaiyyətə elan ediləcək.

Nazir onu da bildirib ki, icbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək: “İcbari tibbi sığorta xidmətlər zərfinə 3315 xidmət daxildir. Bu il də müəyyən tibbi prosedurlar əlavə edliləcək”, – nazir qeyd edib.

Seçilən
23
15
editor.az

10Mənbələr