
ABŞ-də Cənub və Orta Qərbi vuran şiddətli tufanlar və tornadolar nəticəsində azı 16 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə martın 15-də “NBC News” məlumat yayıb.
Bildirilib ki, Missuri ştatında azı 10 nəfər ölüb, 316 mindən çox insan işıqsız qalıb.
Arkanzas ştatında tornado 3 nəfərin ölümünə, ən azı 29 nəfərin yaralanmasına səbəb olub. Arkanzasda tufan və tornado səbəbindən fövqəladə vəziyyət elan edilib.
Bundan əlavə, Texas ştatının Amarillo bölgəsində fırtınalar nəticəsində 3 nəfər həlak olub.