Azərbaycan Basketbol Liqasında XVIII turun daha bir oyunu keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, A qrupunda "Naxçıvan" "Sərhədçi" kollektivinə 68:66 hesabı ilə qalib gəlib.
Görüş "Sərhədçi" İdman Mərkəzində reallaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" "Ordu"nu 95:84, "Sabah" isə "Abşeron"u 99:64 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.
"Cebheinfo.az"