AZ

Oruclu halda 279 tonluq qatarı çəkdi - FOTOLAR

Misirli 43 yaşlı güləşçi Əşrəf Mahrus inanılmaz bir uğura imza ataraq Ginnesin Rekordlar Kitabına düşüb. O, oruclu olduğu halda 279 tonluq bir qatarı 10 metr boyunca çəkməyi bacarıb.

Avtosfer.az "Yenisabah"a istinadən xəbər verir ki, Qahirədəki "Ramses" dəmir yolu stansiyasında baş tutan bu qeyri-adi sınaq jurnalistlər, tamaşaçılar və Ginnesin Rekordlar Komitəsinin üzvlərinin gözü qarşısında həyata keçirilib.

“Kaponga” ləqəbi ilə tanınan idmançı daha əvvəl 221 tonluq qatar çəkilməsi ilə bağlı rekordu qıraraq, bu dəfə 279 tonluq qatarı 10 metr irəlilədə bilib.

Mahrus açıqlamasında bildirib ki, oruclu halda təkcə çiyin gücü ilə 279 tonluq qatarı 10 metr 66 santimetr çəkib. Bir saat sonra isə həmin qatarı dişləri ilə də çəkərək 2003-cü ildə qeydə alınan 260 tonluq rekordu yeniləyib.

Qeyd edək ki, Mahrusun Ginnesin Rekordlar Kitabında ümumilikdə 6 rekordu var. O, 2022-ci ildə 16 tonluq avtomobili dişləri ilə çəkərək ilk dünya rekordunu qazanmışdı.

Sərbest güləş idman növündə çıxış edən Mahrus nəhəng avtomobillər və qatarları çəkməyi ilə dünyaca məşhur olan idmançılardan biridir.

Seçilən
2
1
avtosfer.az

2Mənbələr