AZ

Qızılın qiymətində artım sürətlə davam edir - Bahalaşmanın səbəbi açıqlandı - VİDEO

Dünya əmtəə bazarlarında qızılın bahalaşması davam edir.
 
Belə ki, fevral ayının sonunda bir qədər səngiyən qiymət artımı yenidən sürətlənib. Bu dövrdə bir unsiya qızılın qiyməti 135 ABŞ dolları artıb.
 
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel füçerslərinin qiyməti 3 001,1 ABŞ dollarına bərabər olub.
 
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ölkəmizdə qızıl alışında qiymət artımından əziyyət çəkənlər vətəndaşlardır.
 
"Azərbaycan qızılın qiymətinin artmasında uduşlu mövqedədir. Çünki qızıl ixracımız var, eyni zamanda, Dövlət Neft Fondunun ehtiyatlarında da qızıl var. Bu prosesdə ziyan edənlər qızıldan bəzək əşyası kimi istifadə edən vətəndaşlardır. Əsasən evlənən şəxslər bu qiymətli metalın alışında bahalaşmadan əziyyət çəkirlər", - deyə iqtisadçı bildirib.
 
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2024-cü ildə 44,8 ton qızıl alınıb. Bununla da ehtiyatların həcmi 146,6 tona çatdırılıb. Fond qızıl alışını 2025-ci ildə də davam etdirərək ehtiyatların 170 tona çatdırılmasını planlaşdırır.
 

 

Seçilən
13
8
moderator.az

9Mənbələr