AZ

Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTO

Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Sabirabad rayon sakini 2022- ci il təvəllüdlü A.Səmədzadə(qız uşağı) elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub.

İlkin məlumata görə, A.Səmədzadə soyuducunun cərəyan hissəsinə toxunub.

Qeyd edək ki, hazırda A.Səmədzadə müalicəsinin davamı üçün Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Fakt araşdırılır.

Lənkəranda Lənkəranda Lənkəranda
Seçilən
6
14
apa.az

10Mənbələr