AZ

2025-2030 "Rəqəmsal İqtisadiyyat Strategiyası" necə olacaq? - AÇIQLAMA VİDEO

2025-2030-cu illəri əhatə edən "Rəqəmsal İqtisadiyyat Strategiyası" hazırlanır.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov "Xəzər Xəbər"-ə açıqlamasında bildirib ki, bu strategiya özündə dövlət və özəl sektoru, eləcə də vətəndaş cəmiyyətini əhatə edən 50-dən çox təşəbbüsü ehtiva edir. Onların içərisində sənayenin rəqəmsallaşması, sənaye subyektlərində süni intellekt və 4-cü sənaye inqilabının digər texnologiyalarının tətbiq edilməsi kimi tədbirlər yer alır.

Fariz Cəfərov bildirib ki, artıq bu strategiya çərçivəsində bəzi işlər görülüb və təkmilləşdirmə aparılır.

Mərkəzin icraçı direktoru onu da bildirib ki, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də daxil olmaqla, müxtəlif qurumlar tərəfindən süni intellektin nəqliyyat sahəsində tətbiqi üzrə müxtəlif araşdırmalar aparılır. Onların arasında bu istiqamətdə simulyasiyaların qurulması, tıxacların müəyyən edilməsi, həmin ərazilərdə yeni marşrut xətlərinin açılması, o cümlədən müxtəlif texnoloji alətlərdən istifadə yer alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
36
xezerxeber.az

1Mənbələr