AZ

Vasili Berezutski: “Verilən hakim qərarları qəribə idi”

"Biz ilk hissəni yaxşı keçirdik. Standart vəziyyətdən bizə qol vuruldu. Halbuki orada cərimə zərbəsi yox idi. 

Bu gün hakimlər oyunun sonlarında hücuma atılmışıq, vaxt var, oyunu saxladı. Bu mənim üçün sürprizdir. Çox qəribədir. Belə sürprizlə qarşılaşmamışam. Bizə çox sarı vərəqə verildi. Halbuki biz çox da kobud oynayan komanda deyilik"

Oyunun nəticəsini ədalətli hesab edirsiz?

Xeyr. İlk hissəni yaxşı oynadıq. Hesab 1:1 olsa da, birinci hissəni yaxşı keçirdik. Oyunun son 20 dəqiqəsində yaxşı oynadıq. Hakimlər çox danışmıram, amma verilən hakim qərarları qəribə idi. Məmnun deyiləm.

Qələbəsizlik, qeyri-stabil çıxış sizi ruhdan salır?

Xeyr, ruhdan düşmürük. Sadəcə işləməyə davam edirik. 

Hakimlikdən şikayətləndiniz. Sizcə, hakimlərin səhvində xüsusi səbəbi var?

Yox, sadəcə şərh verirəm. Əlavə nələrsə demək istəmirəm.

“Qarabağ” Tovuzdan 1 xalla qayıdır - YENİLƏNİB

Millimiz Bolqarıstanı məğlub etdi

U21 millimizin heyəti açıqlandı

Kamal Umudlu Əvəzedicilər Liqasında

Millimizin heyəti bəlli oldu

Seçilən
0
5
apasport.az

8Mənbələr