AZ

Bolqarıstana qalib gəldik

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının 2-ci seçmə mərhələsində ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan komandamız Bolqarıstan ilə üz-üzə gəlib

Bayıl stadionunda təşkil olunan qarşılaşma Nərgiz Qurbanovanın komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) vurub.

Qrupun digər oyununda Lüksemburq yığması Malta seçməsini 5:0 hesabı ilə məğlub edib.

Millimiz ilk oyununu Lüksemburqa qarşı keçirib və 0:5 hesabı ilə məğlub olub. Yığmamız qrupda son oyununu martın 18-də, saat 13:00-da Malta kollektivinə qarşı keçirəcək.

Azərbaycan - Bolqarıstan 3:2

Lüksemburq - Malta - 5:0

Xallar: Lüksemburq - 6, Azərbaycan - 3, Bolqarıstan - 3, Malta - 0.

Seçilən
2
11
sportinfo.az

10Mənbələr