AZ

Qvardiola avtoqola görə Xusanov haqda danışdı

“Mançester Siti” şənbə günü evdə “Brayton”u məğlub edə bilməyib və matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, oyundan sonra “vətəndaşlar”ın baş məşqçisi Xosep Qvardiola açıqlama verib. O, Abdukodir Xusanovu avtoqola görə tənqid etməyib və əksinə, özbək müdafiəçini tərifləyib:

“Ruben Diaşla Xusanov əla oynadılar və ümumilikdə yaxşı oyun keçirdik. Bu gün “Nottinqem Forest”ə qarşı oynadığımızdan daha yaxşı oynadıq. Biz şans yaratdıq, iki qol vurduq və daha çox şans yaratdıq”.

“Mançester Siti” növbəti matçını martın 30-da İngiltərə kubokunda “Bornmut”a qarşı keçirəcək.

Seçilən
3
futbolpress.az

1Mənbələr