AZ

Pikeni məhkəmədə ağlatdılar

İspaniya və ''Barselona'' yığmasının sabiq müdafiəçisi Xerar Pikedən xəbər var.

''Football-plus.az'' xəbər verir ki, yaxın keçmişin önəmli müdafiəçilərindən biri dələduzluqda və haqsız qazanc əldə etməkdə günahlandırılır.

Məlum olduğu kimi İspaniya superkuboku son illərdə Səudiyyə Ərəbistanında keçirilir. Bunu təşkil edən isə ''Kosmos'' adlı şirkətdi. Həmin şirkətin də sahibi Pikedi. İddialara görə bu şirkət İspaniya Kral Futbol Federasiyası ilə əlbir olaraq ərəblərdən qeyri qanuni qazanc əldə edib. ''Kosmos'' şirkətinin bu anlaşmadan 10 milyon avro komissiya haqqı aldığı, bu məbləğin də konkret 1,6 milyon avrosunun Pikenin özünə çatdığı iddia edilir. Ancaq məsələnin araşdırılması hələ başa çatdırılmayıb.

Dünən keçirilən məhkəmədə isə Pikenin ifadə verərkən göz yaşlarını saxlaya bilməməsi diqqət çəkib. İspaniya mətbuatının məlumatına görə sabiq ulduz futbolçu titrək bir səslə bu iddiaların onu psixoloji cəhətdən çox çökdürdüyünü anlatmağa çalışıb.

Pike haqsız qazanc əldə etməsini birmənalı şəkildə rədd edərək sadəcə danışıqlar prosesində qarşı tərəflə ən yaxşı şərtlərlə anlaşmağa çalışdığını bildirib.

ƏLİ

Seçilən
4
football-plus.az

1Mənbələr