Azyaşlının elektrik cərəyanı vurması ilə bağlı Lənkəran rayon mərkəzi xəstəxanası açıqlama verib.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya bildirib ki, bu gün elektrik cərəyanı vurması səbəbilə 2023-cü il təvəllüdlü azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Azyaşlı şöbəyə daxıl olarkən həyat əlamətləri olmayıb, təcili yardım şöbəsinin həkimlərinin uğurlu müdaxiləsi nəcəsində uşağa dərhal ürək ağciyər reanimasiyası tətbiq olub.
Müdaxilələrdən sonra azyaşlının ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib, Reanimasiya şöbəsinə yerləşdirilib.
Daha sonra azyaşlı Bakı şəhərində yerləşən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.