Etirazçılar Belqradın bütün mərkəzini tutublar.
"Ölkə.az" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Xəbər agentliyinin məlumatına görə, yürüş Sava çayı üzərindəki Brankov körpüsündən başlayır və 2,5 km Slaviya meydanına qədər uzanır.
Mitinqin mərkəzində, Serbiya Prezidentinin administrasiyasının yaxınlığında dövlət başçısı Aleksandr Vuçiç tərəfdarlarının düşərgəsi yerləşir. O, polis dəstələri tərəfindən qorunur. Heç bir toqquşma qeydə alınmayıb.
Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Belqradda nümayişçilərin sayı 31 min nəfərə çatıb .
Xatırladaq ki, martın 8-də Vuçiç Serbiyada tələbə etirazlarının radikallaşmasından danışıb . Serbiya prezidenti bunu daha çox müxalif siyasi partiyalar tərəfindən təşkil edilən etiraz aksiyalarına dəstəyin “azalması” ilə əlaqələndirib.
Serbiyada bir neçə aydır ki, kütləvi etirazlar davam edir. Ölkədə etirazlar Novi Sad şəhərində dəmiryol vağzalında baş verən insidentlə bağlı başlayıb.
Noyabrın 1-də günorta saatlarında stansiya binasının giriş qapısının üzərinə şüşə, metal və betondan hazırlanmış çardaq uçub . Nəticədə onlarla insan yaralanıb.(publika.az)