AZ

Tramp əmr etdi - Husilərin hədəflərinə zərbələr endirildi

Prezident Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr etdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.

Bundan sonra ABŞ Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.

Məlumata görə, ABŞ husilərə məxsus hava hücumundan müdafiə sistemlərini, radarları və raket sistemlərini vurub.

Seçilən
20
9
unikal.az

10Mənbələr