AZ

Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi olub

Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

SİA xəbər verir ki, ilk yarış günündə təmsilçimiz Aysun Məmmədova qızıl medalın sahibi olub.

Əlli iki kiloqram çəki dərəcəsində tatamiyə çıxan idmançımız müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada və yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.

Seçilən
21
11
sia.az

10Mənbələr