ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə müsahibə verən zaman maraqlı məqam yaşanıb.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, jurnalistlərdən biri səhvən mikrofonla Trampın üzünə toxunub.
ABŞ lideri əvvəlcə səssizcə müxbirə baxıb.
Daha sonra , "O, bu axşam böyük xəbər oldu. Bunu gördünüzmü? - Ağ Evin rəhbəri hadisəni təbəssümlə şərh edib.