AZ

Azərbaycanlı idmançı dostu ilə Kiyevdə itkin düşüb

Azərbaycan vətəndaşları - Rəşad Əsgərov və Xəyyam Qaraşov Ukraynada itkin düşüb.

İdman.biz Teleqraf.az-a istinadən xəbər verir ki, bunu Rəşadın qardaşı Ruslan Əsgərov deyib.

Onun sözlərinə görə, qardaşı Rəşad yaxın dostu X.Qaraşovla birgə bu ilin fevralın 26-da Ukrayna ərazisinə daxil olub: “Onlar Kiyev şəhərində idilər. Martın 6-dək qardaşımla hər gün əlaqə saxlamışam. Qardaşım və dostu ailəlidir, hər birinin iki övladı var. 20 ilə yaxındır daimi yaşayış icazəsi əsasında Ukraynada yaşayırlar. Rəşad özü cüdoçudur. Azərbaycanda cüdo ustası kimi fəaliyyət göstərirdi. Son danışığımız zamanı hər hansı bir şübhəli məqam müşahidə etməmişəm. Qardaşım və dostu əvvəllər məhkum olunmayıblar və kriminal aləmlə heç bir əlaqələri yoxdur”.

O qeyd edib ki, qardaşının dostu ilə birgə itkin düşməsi barədə Kiyev polisi məlumatlandırılıb.

Qeyd edək ki, Rəşad Əsgərov 1984-cü il təvəllüdlüdür. 2003-cü ildə Qazaxıstanın Uralsk şəhərində keçirilmiş gənclər arasında sambo üzrə dünya çempionatında gümüş medal qazanıb. Kiyevdə yaşayıb, Azərbaycan vətəndaşı olsa da, Ukraynadan oturum almışdı, məşqçi idi.

Seçilən
2
18
idman.biz

10Mənbələr