AZ

Hüquqi-psixoloji aksiya

Xidmət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində bir qrup həbs olunmuş şəxsə və cəzaçəkən məhkumlara pulsuz hüquqi və psixoloji xidmət göstərilib.

Aksiyanı Naxçıvan Muxtar Respublikasi Vəkillər Kollegiyasının vəkilləri və nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri həyata keçiriblər. Müəssisədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində əvvəlcə Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən şəxslərin iştirakı ilə “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda görüş keçirilib. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Emin Kazımov bildirib ki, bugünkü aksiyada məhkum olunmuş şəxslərə pulsuz hüquqi və psixoloji yardımın göstərilməsi üçün nəzərdə tutulub.

Sonra Vəkillər Kollegiyasının vəkilləri müəssisədə cəza çəkən bir qrup şəxslə görüşüb, onlara ödənişsiz hüquqi yardım göstəriblər. Görüş zamanı onları maraqlandıran suallar cavablandırılıb, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilib, bir sıra yazılı və şifahi məsləhətlər verilib.

Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert-psixoloqları isə müxtəlif rejimlərdə cəza çəkən 30-dan çox şəxslə görüşüb, onlardan psixoloji yardıma ehtiyacı olanlarla fərdi görüşlər təşkil ediblər.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Seçilən
7
xalqqazeti.az

1Mənbələr