AZ

Ançelotti: "Bu, bir tələ oyunu idi"

İspaniya La Liqasının 28-ci turu çərçivəsində "Real" səfərdə "Vilyarreal"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti qələbəni dəyərləndirib:

"Komanda hər hissənin əvvəlində qarşılaşdığı çətin anları dəf edə bildi. Tədricən topu daha yaxşı idarə etməyə və qol imkanları axtarmağa başladıq. Mbappe iki qol vurdu, ikinci hissədə isə bəzi əks-hücumlarımız var idi ki, onlar da uğurla nəticələnə bilərdi.

Mən çox qürur duyuram. Bütün şəraiti, o cümlədən istirahət vaxtını və rəqibin gücünü nəzərə alsaq, bu, bir tələ oyunu idi. Amma biz bu yükə tab gətirdik. Komanda yoruldu, bu, təbiidir. Bu qələbə komandamız və heyətimizin potensialı haqqında çox şey deyir.

Bu gün qalib gəlmək çox vacib idi. Əlbəttə ki, "Atletiko" – "Barselona" oyununa baxacağam, maraqlı qarşılaşma olacaq. Sabah isə sadəcə bir futbol azarkeşi olacağam və bundan başqa heç nə".

 

saytlarin hazirlanmasi

Seçilən
11
sportal.az

1Mənbələr