AZ

Ferran Torres “Barsa”nın əsas “vuran ayağı” olmaq istəyir

“Barselona”nın ispaniyalı sağ cinah hücumçusu Ferran Torres “blauqrana”nın əsas hücumçusu olmaq əzmini ortaya qoyub.

Arena.az məlumat verir ki, Torres bu barədə TV3 telekanlına müshibəsi zamanı bildirib:

“Mən özünəəminliyə malikləm. “Barsa”nın əsas hücumçu ola biləcəyim haqda düşünürəmmi? Bəs niyə də yox? Əgər klub müvafiq mövqeyə başqa futbolçu axtarmağa gərək duyduğunu hesab edirsə, buyursun, xoş gəlir, səfa gətirir. Mən, rəqabətə çox yaxşı münasibət bəsləyirəm”, deyə Torres qətiyyətlə vurğulayıb.

Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsutunda “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvarında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Torres “blauqrana”nın heyətində 31 oyuna çıxıb, 11 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 144 oyun, 36 qol, 16 məhsuldar ötürmədən ibarətdir.

Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 21 qol vurub, 5 məhsuldar ötürmə verib.

Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var.

Torres İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin Ferran yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
5
arena.az

1Mənbələr