AZ

ABŞ-da güclü qasırğa: Ölənlərin sayı 33-ə çatdı - VİDEO

ABŞ-ın Orta Qərb və cənub ştatlarında baş verən güclü fırtınalar nəticəsində həyatını itirənlərin sayı 33-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın yerli mediası məlumat yayıb.

Fırtına Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatları da daxil olmaqla, ölkənin böyük bir hissəsini əhatə edib. 

Minlərlə insan evlərini itirib, ən azı 29 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Rəsmi məlumatlara görə, Missuri ştatında 12, Missisipi-də 6, Kanzasda 8, Arkanzas və Texasda hər birində 3, Oklahomada isə 1 nəfər həyatını itirib.



Bizim.Media

Seçilən
2
3
bizim.media

3Mənbələr