"TikTok"da gündəm olan sızanaq sıxılması ilə bağlı oyuncaqlar uşaqlarda və onların analarında patomimiya adlı nadir psixi xəstəlik təhlükəsi yaradır.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı material dərc edib. Materialda bir neçə rusiyalı dermatoloqun bu trendin təhlükəli olması barədə xəbərdarlıqları yer alıb.
Bildirilir ki, insanın heç bir səbəb olmadan dərisini qurdalamaq xəstəliyi infeksiyalar, iltihablar, psixi problemlər kimi nəticələrə gətirib çıxara bilər.
"Antistres" kimi satılan oyuncaq haqqında videoçarxlar "TikTok" və digər sosial şəbəkələrdə geniş yayılıb. Uşaqların "dəli olduğu" bu yumşaq oyuncaq üzərindəki sızanaqları sıxmaq mümkündür. Ən məşhur model isə uşağın üzüdür.