AZ

Yəmənə zərbə: ABŞ Rusiyanı məlumatlandırdı

ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Rubio və Lavrov Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdən sonra gələcək addımları müzakirə ediblər və ABŞ-Rusiya əlaqələrinin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər.

Dövlət katibi, həmçinin Lavrova ABŞ-ın Yəməndə husilərə qarşı hərbi əməliyyatı barədə məlumat verib.

Seçilən
2
7
axar.az

8Mənbələr