AZ

Putinin Əliyevə zəng etməsinin iki səbəbi

Putinin Əliyevə birbaşa yox, Lukaşenko və Emoməli Rəhmonla birlikdə zəng etməsi iki səbəbdən qaynaqlanır.

1. Mümkündür ki, Moskvada Əliyevin Qələbə paradında iştirak etməkdən imtina ehtimalı dəyərləndirilib, xüsusilə təyyarənin vurulması böhranı fonunda.
2. Putin təyyarənin vurulması ilə bağlı ilkin hesabatın dərcindən sonra Əliyevə zəng etməyib: parada dəvət məqsədilə zəng etsəydi, Əliyev müzakirələrdə təyyarə məsələsinə də toxunacaq, Bakının haqlı tələblərini yenidən irəli sürəcəkdi; Azərbaycan liderinin pradda iştirakını istəyən Putin bu məsələdə müsbət irəliləyişin olacağına dair ən azı müəyyən sözlər verməli idi;

Rusiya prezidenti təyyarə məsələsinin gündəmə gəlməməsi üçün Əliyevə Lukaşenko və Rəhmonla birlikdə zəng etdi. Əliyev paradda iştirak edəcəyini bildirib. Bu, təyyarənin vurulmasına görə Azərbaycanın Rusiyadan gözləntilərini Putinlə birbaşa təmasda gündəmə gətirmək imkanı yaradır. Hətta Əliyev əks gediş edə, Putinin zənginə dəstək verən Lukaşenko və Rəhmonla birlikdə də bu məsələni müzakirə edə bilər.

Asif Nərimanlı, siyasi şərhçi 

Demokratikmusavat.com 

 
 
 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr