Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə bağlı klinik vəziyyət sabit qalıb, son həftədəki yaxşılığa doğru irəliləyiş davam edib.
Viral.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
“Pontifik gecə ərzində qeyri-invaziv mexaniki ventilyasiya ehtiyacını tədricən azaldıb. Yüksək axınlı oksigen terapiyası isə davam edir. Tibbi terapiya və müalicələr klinik mənzərədə tədricən yaxşılaşma göstərir. Papa günün çox hissəsini müalicə, dua və istirahət etməklə keçirib”, – deyə məlumatda bildirilir.
Son Yazılar:
- Roma Papasının son durumu AÇIQLANDI
- ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 nəfər ÖLDÜ
- “Amerikanın səsi” 83 ildən sonra SUSDU
Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.