AZ

“1000000 Zəkanın Şifrəsi” kitabının təqdimatı oldu

Bakıda Nizami Kino Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Aydın Tağıyevin “1000000 Zəkanın Şifrəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə mədəniyyət, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə tanınmış alimlər, millət vəkilləri, ziyalılar, yazıçının qələm dostları, media nümayəndələri və kitabsevərlər iştirak ediblər.

 

Təqdimatda müəllif Aydın Tağıyev çıxış edərək kitabın yazılma məqsədi, məzmunu və əsas ideyası haqqında danışıb. Müəllif üçüncü kitabının oxuculara dərin düşüncə tərzi aşılamaq və zəka potensialını artırmaq məqsədi daşıdığını bildirib. Kitabın hər yaş kateqoriyasından olan oxucuları nəzərə alaraq yazdığını qeyd edən müəllif əsərdə yer alan müxtəlif bölmələr haqda geniş izah verib.

 

Daha sonra elm adamları, ziyalılar, qələm adamları, eyni zamanda, kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslər və tədbirin təşkilati məsələlərini həyata keçirən komanda çıxış ediblər. Qonaqlar kitabın elmi və fəlsəfi dəyərindən söz açaraq müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. Bildirilib ki, “1000000 Zəkanın Şifrəsi” yalnız bir kitab deyil, həm də insan düşüncəsinə yeni bir baxış bucağı gətirən əsərdir.

 

Sonda müəllif oxuculara kitablarını hədiyyə edib.

 

Xatırladaq ki, Aydın Tağıyev "İlk Zəfər marşı" və "Vətən Marşı"nın müəllifidir. Müəllifin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Fədakarlar bir amalın uğrunda" və "Böyük zəfərin 101 şəhidi" kitabları işıq üzü görüb.

 

 

Seçilən
1
6
modern.az

8Mənbələr